...

Azərbaycan və Səudiyyə Ərəbistanı gənclər siyasəti və idman sahəsində əməkdaşlığı genişləndirir

Siyasət Materials 3 May 2007 17:53 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan və Səudiyyə Ərəbistanı gənclər siyasəti və idman sahəsində əməkdaşlığı genişləndirir. Bu barədə razılıq Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Səudiyyə Ərəbistanı krallığı nəzdində gənclər siyasəti və idman üzrə departamentinin rəhbəri, şahzadə bin Feysəl bin Əbdüləzizlə görüşündə əldə olunub. Görüş Rəhimovun islam dövlətlərinin gənclər və idman nazirlərinin görüşündə iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfəri çərçivəsində baş tutub. Bu barədə cümə axşamı nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov məlumat verib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, görüşdə tərəflər əməkdaşlıq perspektivləri, Azərbaycan idmançılarının Səudiyyə Ərəbistanında (SƏ) keçirilən yarışlarda və SƏ idmançılarının Azərbaycanda keçiriləcək yarışlarda iştirakı məsələlərini müzakirə ediblər. Əməkdaşlıq keçən il Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Səudiyyə Ərəbistanının analoji departamenti arasında əməkdaşlıq haqqında imzalanmış saziş çərçivəsində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti