Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rafael Satuxanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.
Görüşdə Azərbaycan prezidentinin idmanın inkişafındakı fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və İlham Əliyevi Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının yüksək ordeni ilə təltif edib.
Azərbaycan prezidenti əməyinə verilən yüksək qiymətə görə təşəkkürünü çatdırıb və ölkədə idmanın inkişafı üçün bundan sonra da xidmətini əsirgəməyəcəyini bildirib.