...

Azərbaycanın müxalifət partiyası Ədliyyə Nazirliyini məhkəməyə verəcək

Siyasət Materials 7 May 2007 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Vətəndaş və İnkişaf Partiyası (VİP) mayın sonuna qədər qeydiyyata alınmadığı təqdirdə, Ədliyyə Nazirliyini məhkəməyə verəcək.

VİP sədri Əli Əliyev bazar ertəsi Trend ə açıqlamasında bildirib ki, hazırda iddia sənədləri hazırlanır və problem həll olunmadığı halda iyunun əvvəllərində ərizə Bakının Yasamal rayon Məhkəməsinə təqdim olunacaq. Azərbaycanın məhkəmə instansiyaları iddianı təmin etməsə, VİP Avropa Məhkəməsinə müraciət edəcək.

Əliyev bildirib ki, partiyanın qeydiyyata alınmaması siyasi amillə bağlıdır. Çünki hüquqi müstəvidə yaranan problemlər çoxdan həll edilib. VİP sədrinin sözlərinə görə, Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşdə də qarşı tərəf qeydiyyat üçün təqdim olunan sənədlərdə problemin olmadığını söyləyiblər.

Ədliyyə Nazirliyindən problemin yaxın vaxtlarda həll olunacağını bildiriblər.

VİP ötən il mayın 28-də təsis edilib və qeydiyyata alınması üçün sənədləri iyunun 14-də Ədliyyə Nazirliyinə təqdim edib.

Xəbər lenti

Xəbər lenti