...

Azərbaycan prezidenti məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramını təsdiq edib

Siyasət Materials 15 May 2007 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı "Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər üçün) təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Sərəncamda bildirilir ki, məşğulluq strategiyasının birinci mərhələsinin həyata keçirilməsi üçün Nazirlər Kabinetinə lazımi tədbirlər görmək tapşırılır. Dövlət Proqramının icrasının əlaqələndirilməsini Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyi həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti