...

Lənkəran şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib

Siyasət Materials 16 May 2007 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əliyeva/ Azərbaycanın Lənkəran şəhərində bu gün gecə saat 01:00 radələrində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Lənkəran şəhər Yol Polis Şöbəsindən çərşənbə günü bildiriblər ki, şəhərin Şəhidlər Xiyabanı küçəsi ilə Tofiq İsmayılov küçəsinin kəsişməsində 1983-cü il təvəllüdlü Röyal Ədalət oğlu Bağırovun idarə etdiyi "KaMaz 5511" markalı 42 AZ 078 dövlət nömrə nişanlı avtomobil 1972-ci il təvəllüdlü Xalid Ağalar oğlu İsayevin idarə etdiyi VAZ 2107 markalı 10 TT425 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə İsayev yerindəcə həlak olub.

Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır.

Lənkəran rayonu Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti