...

Məhkəmə Dövlət Əmlak Komitəsi sədrinə qarşı şikayətə baxıb

Siyasət Materials 17 May 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xətai Rayon Məhkəməsində Azadlıq Partiyasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib. Bu barədə cümə axşamı Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Oruc məhkəmədən Həsənovun Azadlıq Partiyasına qərargah ayırmasına dair müddətli qərar çıxarmasını tələb edir.

Xətai Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçən iclasda Dövlət Komitəsinin nümayəndəsi Namiq İbrahimli vəsatət qaldırıb. O bildirib ki, partiyaların qərargahla təmin olunması məsələsi bu Dövlət Komitəsinə aid deyil və iddiaya İqtisad Məhkəməsində baxılmalıdır. Vəsatətlə bağlı çıxış edən qarşı tərəf - Oruc isə bildirib ki, iddia vəzifəli şəxsin qeyri-qanuni hərəkəti ilə bağlı olduğuna görə, şikayətə birinci instansiya məhkəməsinrdə baxılmalıdır. Bundan soqnra hakimlər müşavirəyə gediblər.

Hakim Əhmədov Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin nümayəndəsinin vəsatətinin təmin olunmadığını elan edib. Dövlət Komitəsinin nümayəndəsi İbrahimli isə bu qərardaddan apellyasiya şikayəti verəcəyini deyib. Hakim prosesi qeyri-müəyyən vaxta qədər təxirə salıb.

Cavabdeh tərəf artıq Apellyasiya Məhkəməsinə şikayət təqdim edib və bu instansiyadan cavab veriləndən sonra Xətai rayon məhkəməsində proses davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti