...

ATƏT Parlament Assambleyasının sessiyası Kiyevdə keçiriləcək

Siyasət Materials 17 May 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ ATƏT Parlament Assambleyasının növbəti yay sessiyasının iyulun 3-dən 9-dək Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilməsi gözlənilir. Bu barədə cümə axşamı Bakıda Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) daimi nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verib.

O qeyd edib ki, Azərbaycanın qurumdakı nümayəndə heyəti sessiya zamanı Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcək.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova rəhbərlik edir. Nümayəndə heyətinə deputatlar Eldar İbrahimov, Rəbiyyət Aslanova, Fazil Qəzənfəroğlu, Fəttah Heydərov daxildir.

Xəbər lenti

Xəbər lenti