...

Fransalı senator: "Erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi Senatın gündəliyindən çıxarılıb" (video)

Siyasət Materials 21 May 2007 12:41 (UTC +04:00)
Fransalı senator: "Erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi Senatın gündəliyindən çıxarılıb"  (video)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi Fransa Senatının gündəliyindən çıxarılıb. Bu barədə bazar ertəsi Bakıda Fransa Senatının Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon məlumat verib.

Senator qeyd edib ki, bu məsələni gündəmə gətirən Fransa Milli Assambleyası artıq buraxılıb və yeni formalaşdırılan Milli Assambleyanın gündəliyində belə bir məsələ yoxdur. Ona görə də belə bir qanun layihəsinin Senatda müzakirəsi gözlənilmir.

Ötən il Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edib. Lakin qanunun qüvvəyə minməsi üçün Fransa Senatı da onu qəbul etməli və prezident tərəfindən təsdiqlənməlidir. Belə bir qanunun qəbul olunması Fransa ilə Türkiyə arasında ciddi narazılıq yaratmışdı. Eyni zamanda, bir sıra beynəlxaq təşkilatlar qondarma "erməni soyqırımı"na inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsini ciddi tənqid etmiş və bundan narazı olduqlarını bildirmişdilər.

Xəbər lenti

Xəbər lenti