...

Bakıda NATO həftəsi keçiriləcək

Siyasət Materials 21 May 2007 15:57 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/İyulun 9-dan 14-nə qədər Bakıda NATO həftəsi keçiriləcək. Bu barədə bazar ertəsi Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib. Həftənin təşkil olunmasında məqsəd geniş ictimaiyyəti Avro-Atlantik əməkdaşlıq çərçivəsində Azərbaycanın NATO ilə əməkdaşlığı barədə məlumatlandırmaqdır.

NATO-nun Azərbaycanda keçiriləcək həftəsində, 9-14 iyul tarixində Bakıda "Enerji təhlükəsizliyi və əsas infrastrukturların mühafizəsi" mövzusunda yay sessiyası keçiriləcək. Sessiyada yerli və xarici gənclərin 50 nümayəndəsinin iştirakı gözlənilir.

10-11 iyulda Azərbaycan Xarici İşlər Nazirliyinin NATO-nun müdafiə və iqtisadiyyatın təhlükəsizliyi direktorluğu ilə birgə təşkil olunmuş enerji təhlükəsizliyi üzrə kollokviumu keçiriləcək. Həftə çərçivəsində dövlət struktularının mətbuat katibləri və Azərbaycan jurnalistləri üçün seminar təşkil edilməsi planlaşdırılır.

Proqrama həmçinin Gəncədə Avro-Atlantik Mərkəzin açılışı da dixildir.

Azərbaycan XİN-dən verilən məlumata əsasən, NATO həftəsi Azərbaycanda 2003-cü ildən etibarən keçirilir.

Xəbər lenti

Xəbər lenti