...

Azərbaycan Demokrat Partiyasının yeni sədri rəhbər orqanlara təyinatlar edib

Siyasət Materials 29 May 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu postda fəaliyyətə başladığı ilk iş günündə partiyanın rəhbər orqanlarını formalaşdırıb. Bu barədə çərşənbə axşamı ADP-dən məlumat verilib.

Bazar günü ADP-nin doqquzuncu qurultayı keçirilib, Cəlaloğlu partiyanın sədri seçilib.

Çərşənbə axşamı Cəlaloğlu partiya sədrinin birinci müavini və eyni zamanda icra aparatının rəhbəri vəzifəsinə Həsrət Rüstəmovu, partiyanın seçki məsələləri üzrə sədr müavini vəzifəsinə Taliyət Əliyevi, təşkilati məsələlər üzrə müavin vəzifəsinə Rəşid Mənsurovu, ictimai əlaqələr və mətbuatla iş üzrə sədr müavini vəzifəsinə Nurəddin İsmayılovu, ümumi məsələlər üzrə sədr müavinliyinə Zakir Hüseynovu təyin edib.

Partiyada rəhbər orqanlarının formalaşdırılması prosesi davam edir.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti