...

Azərbaycan və Almaniya birgə kreditlərin Zəmanət Fondunu yaradacaqlar

Siyasət Materials 5 İyun 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Azərbaycan və Almaniya hökumətləri arasında maliyyə əməkdaşlığını nəzərdə tutan saziş təsdiq olunub.

Parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə qeyd edib ki, bu sənəd iki ölkə arasında yaxın əməkdaşlıq, bərabərlik və qarşılıqlı fayda əsasında iqtisadi münasibətlərin möhkəmləndirilməsinə, maliyyə əməkdaşlığının inkişafına xidmət edir.

"Belə bir sazişin imzalanmasında məqsəd kiçik və orta sahibkarlıq üçün uzunmüddətli kreditlər əldə etmək imkanı yaratmaqdır. Bu məqsədlə Zəmanət Fondu vasitəsi ilə beynəlxalq kapital bazarından yerli banklara vəsaitlərin cəlb edilməsi nəzərbə tutulub", - deyə komissiya sədri vurğulayıb.

Müzakirələrdən sonra Milli Məclis sazişi təsdiq edib.

Xəbər lenti

Xəbər lenti