...

Nazir Kəmalləddin Heydərov: Azərbaycanda ekspertiza rəyindən keçməyən 200-dən artıq yeni tikilən bina var

Siyasət Materials 8 İyun 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda ekspertiza rəyindən keçməyən 200-dən artıq yeni tikilən bina var. Bu barədə cümə günü fövqalada hallar naziri Kəmalləddin Heydərov keçirdiyi mətbuat konfransında məlumat verib. Nazirin sözlərinə görə, Nazirlik yaranandan sonra yeni tikilən, lakin ekspertiza rəyi verilməyən binalar yenidən ekspertizadan keçirilir. Heydərov bildirib ki, binaların keyfiyyətli tikintisinə nəzarəti gücləndirmək üçün yaxın vaxtlarda Azərbaycana yeni avadanlıq gətiriləcək. Həmin avadanlıq vasitəsilə binanın kənardan durmaqla armatur, beton möhkəmliyini, tikinti materiallarının radiasiya fonunu müəyyən etmək olacaq. "Nazirlik yaranandan sonra ekspertizadan keçən binaların keyfiyyətinin əvvəlki binalardan yüksək olduğuna əmin edə bilərəm. Biz həmin binalara ekspertiza rəyi verərkən bina ətrafında uşaq bağçası, meydançası və orta məktəbin tikilməsini də tövsiyyə etmişik",-deyə Heydərov əlavə edib.

Bakıda binaların zirzəmilərindəki vəziyyətə toxunan nazir həmçinin onu da bildirib ki, hazırda həmin sığınacaqların monitorinqi davam etdirilir: "Bakı neft-qaz şəhəri olduğundan hər an bu şəhərdə texnogen vəziyyət yarana bilər. Ona görə də bütün sığınacaqlar yararlı vəziyyətə gətirilir. Digər fəaliyyət üçün istifadə olunan zirzəmilər nazirliklə bağlanan müqavilə əsasında fövqəladə hadisə yaranan zaman sığınacaq kimi istifadə olunacaq".

Heydərov ötən il fevralın 6-da fövqəlada hallar naziri vəzifəsinə təyin olunub.

Xəbər lenti

Xəbər lenti