Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı şəhər Baş Polis idarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtda silah-sursat aşkarlanıb. Bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Zirə qəsəbəsi sakini Tariyel Həsənova məxsus bir xaricdə istehsal olunmuş tapança, 14 tapança patronu və üç patron darağı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.