...

Nazir: "Qəbələ RLS-in ətraf mühitə və insanlara vurduğu ziyanı Dövlət Komissiyası öyrənir"

Siyasət Materials 13 İyun 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Qəbələ RLS-in ətraf mühitə və insanlara vurduğu ziyan Dövlət Komissiyası tərəfindən öyrənilir. Bu barədə çərşənbə günü Bakıda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

Onun fikrincə, şüalanmanın ətraf mühitə təsiri uzunmüddətli müşahidə və tədqiqatlardan sonra məlum olacaq.

Qəbələ RLS-dən Rusiya və ABŞ-ın birgə istifadə edəcəyi təqdirdə onun ətraf mühitə və insanlara vurduğu ziyanın artacağına dair mütəxəsislərin səsləndirdiyi rəylərə münasibət bildirən nazir qeyd edib ki, bu məsələ stansiyanın bir və ya bir neçə ölkə tərəfindən istifadə olunması ilə bağlı deyil: "Bu müşahidə olunan obyektlərin sayı ilə bağlıdır. Müşahidə olunan obyektlərin sayı dəyişmir".

Bağırov bildirib ki, Qəbələ RLS Azərbaycan üçün siyasi baxımdan da əhəmiyyətli məsələdir. "Artıq bu, sırf ekoloji yox, müəyyən siyasi çalarları olan məsələdir. Bunun üçün komissiya var. Komissiya nə qərar çıxarsa, biz də onu icra edəcəyik". O ki, qaldı şüalanmanın ətraf mühitə təsirinə, bu, uzunmüddətli müşahidə və tədqiqatlardan sonra məlum olacaq.

Qəbələ RLS SSRİ dövründə inşa olunub. Bu stansiya dünyadakı ən böyük müşahidə məntəqəsidir. Qəbələ RLS Avropa və Asiya qitəsinə, eləcə də Afrikanın böyük bir hissəsinə nəzarət edə bilir. Azərbaycanın mülkiyyətinə daxil olan RLS 2002-ci ildə 10 il müddətəni Rusiyaya icarəyə verilib. Qəbələ RLS-ə görə Rusiya hər il Azərbaycana 14 milyon dollar ödəyir.

Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Qəbələ RLS-dən ruslar və amerikalıların birgə istifad etmələrinə dair təkliflə çıxış edib. Rusiya ABŞ-ın Polşa və Rumıniyada raket əleynihə sistem quraşdırmasının qarşısını almaq üçün belə bir təkliflə çıxış edib.

Xəbər lenti

Xəbər lenti