...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi zərərçəkən şəxslərin ifadələri ilə davam etdirilir

Siyasət Materials 19 İyun 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / " müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi zərərçəkənlərin ifadələri ilə davam etdi.

Günün birinci yarısı 2004-cü ildə prezidentin fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə Saatlıdan və Bakıdan 10 zərərçəkən ifadə verdi. Dindirilmiş 10 zərərçəkən məhkəmə ifadəsində bildirdi ki, 2004-cü ilin avqust ayından noyabr ayınadək özəlləşdirmə payının alınması üçün yerli banklara müraciət etsələr də, onlara özəlləşdirmə payı əvəzinə 20 min manat (AZM) təklif olunub.Zərərçəkmişlər ifadələrində göstəriblər ki, onlara çatacaq özəlləşdirmə paylarının əvəzinə 20 min manat təklif olunmasını özlərinə təhqir hesab etdiklərindən pulu götürməkdən imtina ediblər. Zərərçəkmişlər ifadələrinin sonunda keçmiş iqtisadi inkişaf naziri F.Əliyev tərəfindən mənimsənildiyi göstərilən özəlləşdirmə paylarını tələb ediblər.

Sonra vəkillər məhkəmə qarşısında vəsatət qaldırıblar ki, 2004-ci ilin avqust-noyabr aylarında özəlləşdirmə paylarının paylanma müddəti başa çatdıqdan sonra sahibləri tərəfindən götütürülmədiyinə görə, banklarda qalmış və 51 faizi məhv edilmiş özəlləşdirmə çeklərinin siyahısı məhkəmə tərəfindən müvafiq orqanlardan alınsın.

Hakim zərərçəkənlərin dindirilməsi başa çatmadığına görə vəsatəti baxılmamış saxlayıb.

Fasilədən sonra məhkəmə zərərçəkənlərin ifadələri ilə davam edəcək.

Xəbər lenti

Xəbər lenti