...

ABŞ: "Azərbaycandakı radarın birgə istifadəsinə dair təklif dəyərlidir"

Siyasət Materials 22 İyun 2007 11:19 (UTC +04:00)

ABŞ Polşa və Çexiyada PRO elementlərinin yerləşdirilməsi ideyasına sadiq qalsa da, hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı təklifi dəyərlidir. "Reuters"in yaydığı məlumata görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə müavini Deniel Frid deyib.

"Hesab edirik ki, prezident Putinin təklifi diqqətçəkən və çox maraqlıdır" - deyə Frid Senatın beynəlxalq əlaqələr komitəsində keçirilən dinləmələr zamanı bildirib. Frid qeyd edib ki, Vaşinqton formal olaraq Moskvaya müvafiq məsələ ilə bağlı müzakirələrə başlamağı təklif edib. "Əsas məsələ odur ki, ruslar anlatdılar ki, müəyyən sistemə möhtacdırlar və İran, yaxud da bu region potensial təhlükə mənbəyidir" deyən Fridin fikrincə, əsas diqqət yalnız radara yox, onun bir sistemin elementinə necə çevriləcəyinə və bu elementlərin hamının təhlükəsizliyini necə təmin edə biləcəyinə yönəlməlidir. ( RBK )

Bununla yanaşı, amerikalı diplomat bəyan edib ki, ABŞ Rusiyanın PRO elementələrinin Avropada yerləşdirilməsi və BMT-nin Kosovo ilə bağlı qətnaməsinə dair bəyanatlarından narahatdır. "Biz kifayət qədər mürəkkəb münasibətlər dövründəyik " - deyə o vurğulayıb.

Frid həmçinin demokratik təcrübələrin Rusiyada daim pisləşməsinə görə təəssüfünü bildirib. Bununla yanaşı, o, ritorik yarışdan kənar durmağın vacibliyini önə çəkib və Şimali Koreya ilə terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq istiqamətlərinin çox olmasına diqqət yetirib.

Xəbər lenti

Xəbər lenti