...

Azərbaycan prezidentinin Rusiyaya qeyri-rəsmi səfəri başlayıb

Siyasət Materials 30 İyun 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " K.Ramazanova/ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun telefonla verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya qeyri-rəsmi səfəri başlanıb.

İyunun 30-da Rusiya prezidentinin təşəbbüsü ilə Rostov-na-Donu şəhərində MDB ölkələrinin dövlət başçılarının dəvət olunduğu görüş təşkil olunacaq.

Günorta saatlarında isə Rusiya prezidentinin mükafatı uğrunda at yarışları keçiriləcək və bundan sonra tədbir iştirakçılarının şərəfinə təmtəraqlı nahar təşkil olunacaq.

Dövlət başçılarının qeyri-rəsmi görüşlər keçirəcəyi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti