...

Ümid Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliyə dair təkliflər sənədini təqdim edib

Siyasət Materials 13 İyul 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətyönlü Ümid Partiyası Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliyə dair təkliflər sənədi hazırlayıb. Cümə günü Bakıda sənədin təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.

Ümid Partiyasının Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndəsi Akif Qurbanov layihə barədə açıqlama verib, Seçki Məcəlləsinin 29 maddəsinə dəyişiliyin nəzərdə tutulduğunu deyib.

Partiya təklif edir ki, Cinayət Məcəlləsinin maddələri ilə ittiham olunmuş şəxslərin seçkidə iştirakına qoyulan qadağa ləğv olunsun, şəxsin məhkumluğu aradan götürülübsə, seçkidə iştirakına şərait yaradılsın. Seçkidə müşahidəçilərə texniki avadanlıqlardan (video, fotokameralar) istifadəsinə icazə verilməlidir, çünki bu, müşahidəçilərə dəlil-sübut toplamaq imkanı yaradır. Partiya həmçinin təklif edir ki, səslərin sayılması üçün paralel komissiyalar yaradılsın, onların fəaliyyəti AzTV və İTV-də işıqlandırılsın. O cümlədən beynəlxalq müşahidəçilərə sorğu vermək imkanı yaradılsın. Hərbi hissələrdən gələn seçici siyahıları müvəqqəti siyahılar hesab edilsin, namizədlərin xeyrinə toplanan imza vərəqələri yoxlanması üçün müstiəqil ekspertizadan keçirilməlidir. Vətəndaşların seçim imkanlarını məhdudlaşdırmamaq üçün onların bir neçə namizədin imza vərəqinə imza atmasına şərait yaradılsın.

Ümid Partiyası təklif edir ki, seçkiqabağı təşviqat kampaniyası zamanı sui-istifadə hallarına yol verilməməsi üçün həmin dövrdə seçki keçirilən yerlərdə tikinti-abadlıq işləri aparılmasın, çünki belə hallar seçicilərin iradəsinə təsir göstərir.

Təklif olunur ki, seçki bülletenlərində namizədlərin rəngli fotoşəkilləri də verilsin və bununla seçicilərə namizədi asan müəyyənləşdirmək imkanı yaradılsın. Həmçinin seçki bülletenləri ölkə üzrə seçicilərin sayından üç faiz deyil, cəmi bir faiz artıq çap olunsun.

Xəbər lenti

Xəbər lenti