Azərbaycan, Bakı / müx . Trend K.Ramazanova/ Azərbaycan prezidenti İlham Əliyevə İordaniya Universitetinin fəxri doktoru diplomu təqdim olunub. Diplom şahzadə Raed bin Zeyd, baş nazir Maaruf əl-Bakxit və yüksək çinli hökumət nümayəndələrinin iştirakı ilə təqdim edilib.
Ammana iyulun 29-da gələn prezident Əliyev kral II Abdullanın rəhbərliyi altında İordaniyanın təhsil sahəsindəki müvəffəqiyyətləri yüksək qiymətləndirib.
"Kral II Abdulla regiondakı coşqu ilə keçən proseslərə baxmayaraq, İordaniyanı təhlükəsizlik və sabitlik oazisinə çevirib" - deyən Əliyev həmçinin Azərbaycanın iqtisadi, siyasi və sosial sahələrdəki inkişafına diqqət yetirib.
Prezident Əliyevin səfəri ötən ilin avqustunda Azərbaycanda olan İordaniya kralı II Abdullanın səfərinə cavabdır.