...

İranlı polİtoloq:"İran-ABŞ müzakİrlələrİ heç olmazsa İraq çərçİvəsİndə müsbət dəyərləndirilə bİlər"

Siyasət Materials 8 Avqust 2007 12:04 (UTC +04:00)
İranlı polİtoloq:"İran-ABŞ müzakİrlələrİ heç olmazsa İraq çərçİvəsİndə müsbət dəyərləndirilə bİlər"

Azərbaycan, Bakı / " müxbir D.Xatınoğlu/ İran-ABŞ arasında avqustun 6-da Bağdadda keçirilən 3-cü müzakirə İraqda baş verə biləcək terror aktlarının qarşısının alınmasında müsbət dəyərləndililə bilər. Londonda fəaliyyət göstərən İranlı politoloq Əlirza Nurizadə: "İran-ABŞ müzakirələri heç olmazsa İraq çərçivəsində müsbət dəyərlənə bilər".

İraq problemlərinin həllinə həsr olunmuş İran-ABŞ-ın 3-cü müzakirəsi avqustun 6-da İraqın paytaxtı Bağdad şəhərində baş tutub. Müzakirələr Əmir Əbdullahiyanın başçılıq etdiyi İran heyəti, AŞB-ın Bağdadda olan səfirliyinin nümayəndəsi Raysın başçılığı etdiyi amerika heyəti və İraqın baş nazirinin müavininin iştirakı ilə 4 saat müddətində keçirib. Bu müzakirələr İraqın baş nazirinin qərarqahı olan əl-Xəzra bölgəsində keçirilib.

Bununla bağlı Əlirza Nurizadə çərşənbə axşamı Londondan telefonla Trend ə bildirib ki, ABŞ İraqda İranla müzakirələrin çərçivəsini əvvəlcə məlum edib. O İran-ABŞ müzakirəsinin İran hakimiyyətinin nüvə proqramlarını dayandırmadığı təqdirdə baş tutmasını mümkümsüz sayır. Müzakirələr İraqda baş verən təxribatın qabağın almaq səviyyəsində davam edir və başqa bir mövzunun müzakirəsinə ABŞ razı deyil. Kondoliza Raysın dediyinə əsasən ABŞ İraqda terrorizmi aradan qaldırmağı hətta Xarici İşlər nazirləri səviyyəsində İranla müzakirə etməyə hazırlıq göstərir. Ancaq bu müzakirələrin İranın nüvə fəaliyyətlərinin davam olunması təqdirdə bundan geniş bir səviyyədə keçirilməsi gözlənilmir. Politoloq Ə.Nurizadə İran-Əfqanıstan münasibətləri ilə bağlı bildirib ki, İran İraqa qarşı yürütdüyü siyasətə rəğmən, Əfqanıstana qarşı müsbət addımlar atıb. İran İraqda çox kompleksli siyasət yürüdür. İran bir tərəfdən İraqda hakimiyyətdə olanları öz müttəfiqi hesab edir və onlara dəstək verir, digər tərəfdən isə təşviş və terror törədən bəzi qüvvələrə yardım göstərir. ABŞ-ın İraqdan verdiyi son statistikalara əsasən, ən çox terror faktları İranın himayə etdiyi Müqtəda əl-Sədrin Ceyş əl-Məhdi qüvvələri tərəfindən törədildiyi bildirilir. "İran ABŞ-ın İraqda olan mənafeinə qarşı bir çox təxribat aparır, əyər İran rəsmiləri bu təxribatın sonunu və ödəmək zorunda qalacağı əvəzini və öz zərərinə olduğu əməllərini indidən başa düşəcəksə, demək bu müzakirələr heç olmasa İraq çərçivəsində faydasız olmayacaq. İran İraqda yürütdüyü siyasətin əksinə Əfqanıstanda - yaxın keçmişdə Talibana bir sıra yardımlarını çıxmaq şərtilə - başqa mövze tutub. İranın Əfqanıstanda maliyyə yatırımları və yardımları bunu göstərir ki, Əfqanıstanda yürütdüyü siyasət bir o qədər də ABŞ-ın maraqlarına zidd olmayıb. Əyər İran həmin mövqeyi İraq da tutsa məncə öz xeyrinə başa qələr" - deyə iranlı politoloq bildirib.

ABŞ prezidenti Corc Buş Əfqanıstana səfərində İranın İraq yaxud Əfqanıstanda hansı müsbət addım atığını görmədiyini bildirib. Buna rəğmən Əfqanıstan prezidenti Kərzai avqustun 5-də CNN-ə verdiyi müsahibədə İranın Əfqanıstana əhəmiyyətli yardımlar göstərdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti