...

Azərbaycanın cənubunda Çin vətəndaşları saxlanılıb

Siyasət Materials 11 Avqust 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Lənkəran /müx. Trend P.Əliyeva/ Lənkəran rayonunun polisi qeyri-qanuni xırda ticarətlə məşğul olan Çin vətəndaşlarının saxlanılması ilə bağlı tədbirlər görür. Bu barədə şənbə günü Lənkəran rayon polisinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Rauf Mustafayev məlumat verib.

Mustafayev qeyd edib ki, Daxili İşlər Nazirliyindən xırda ticarətlə məşğul olan şəxslərin saxlanılması ilə bağlı göstəriş gəlib. Onun sözlərinə görə, Lənkəranda 11 nəfər Çin vətəndaşı həbs olunub. Onlardan hər biri Azərbaycanın 1 illik vizasına malikdir. Saxlanılan çinlilərin hamısı Dövlət Miqrasiya Xidmətinə göndərilib.

Xəbər lenti

Xəbər lenti