...

Brakonyerlikdə ittiham olunan səkkiz Azərbaycan vətəndaşının taleyini Qazaxıstan məhkəməsi həll edəcək

Siyasət Materials 14 Avqust 2007 14:56 (UTC +04:00)

Qazaxıstan, Astana/ Trend müxbir K.Konırova/ Qazaxıstanın ərazi sularında saxlanılmış brakonyer gəmisində sərhədçilərə müqavimət göstərmiş 8 Azərbaycan vətəndaşının işi çərşənbə axşamı məhkəməyə verilib. Bu barədə Trend ə Qazaxıstan Sərhəd Xidmətinin mətbuat katibi Larisa Dmitryuk məlumat verib.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətindən çərşənbə axşamı bildiriblər ki, ötən bazar ertəsi "Sərdar" sərhəd gəmisinin heyəti tərəfindən keşikçəkmə zamanı Azərbaycan bayrağı altında üzən və göyərtəsində 8 Azərbaycan vətəndaşı olan "TBF-58" üzən texniki vasitə aşkar olunaraq saxlanılıb.

Dimitryukun sözlərinə görə, saxlanılma zamanı qayda pozucuları müqavimət göstərməyə cəhd ediblər. "İlk öncə bizim sərhədçilərimiz onları aşkar edərkən qayda pozucuları "Sərdar" sərhəd gəmisi üçün taran təhlükəsi yaratmaqla təhlükəli manevrlər ediblər. Həmçinin Azərbaycan bayrağı altında üzən gəminin kapitanı kinqston qapağını (gəmiyə su buraxan və çıxaran) açaraq öz gəmilərini batırmaqla sərhədçiləri hədələyib" - deyə mətbuat katibi bildirib.

Onun sözlərinə görə, "Qazaxıstan sərhədçiləri cəsarət göstərərək gəmini saxlaya biliblər" və baxış zamanı nərə balığı və "Kolada" tipli xüsusi ov silahı müəyyən olunub. Azərbaycan gəmisi Bautino limanına aparılıb.

Dmitryuk qeyd edib ki, 8 Azərbaycan vətəndaşı Qazaxıstanın dövlət sərhədlərini pozduqları və brakonyerliklə məşğul olduqları üçün saxlanılıblar. Onların gələcək taleyini məhkəmə həll edəcək.

Xəbər lenti

Xəbər lenti