...

Minskdə MDB ölkələrinin səlahiyyətli nümayəndələrinin növbəti toplantısı keçirilir

Siyasət Materials 14 Avqust 2007 17:16 (UTC +04:00)

Bu gün Minskdə MDB-nin İcraiyyə komitəsində birlik ölkələrinin MDB-nin nizamnamə və digər orqanları yanında birlik dövlətlərinin daimi nümayəndələrinin Şurasının növbəti toplantısı keçirilir. Bu barədə "Armenpress"ə MDB İcraiyyə komitəsinin mətbuat xidmətindən məlumat veriblər.

Şura üzvləri MDB XİN başçıları Şurası (Düşənbə şəhəri, 4 oktyabr 2007-ci il) və MDB dövlət başçıları Şurasının (Düşənbə şəhəri, 5 oktyabr 2007-ci il) növbəti toplantılarının gündəliyini müzakirə edəcəklər. Hər iki toplantının gündəliyində duran ən vacib məsələ MDB-nin gələcək inkişaf konsepsiyası layihəsidir. Bu layihə 2007-ci il mayın 29-da dövlətlərarası işçi qrupun toplantısında razılaşdırılıb.

Toplantıların gündəliyində duran digər məsələ isə birlik dövlətlərinin təhlükəsizlik sahəsindəki əməkdaşlığı ilə bağlıdır. Konkret olaraq cinayətkarlıq, narkotiklərin qeyri-qanuni dövriyyəsi, terrorçuluq və ekstermizmin digər zorakı çağırışlarına qarşı əməkdaşlıq proqramının (2008-2010-cu illər) nəzərdən keçirilməsi planlaşdırılır.

Gündəlikdə duran digər məsələlər isə təhsil sahəsidəki əməkdaşlığın inkişafı ilə bağlıdır. Bununla yanaşı bu il noyabrın 22-də Aşqabadda MDB hökumət başçıları Şurasının gündəliyi müzakirə olunacaq. İclasda həmçinin öncəki toplantılarda qəbul olunan qərarların icrasını nəzərdən keçirəcəklər və Şuranın növbəti toplantısının gündəliyini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti