...

Bakıda oğurluqla məşğul olan qadınlardan ibarət dəstə zərərsizləşdirilib

Siyasət Materials 21 Avqust 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı şəhərində oğurluqla məşğul olan qadınlardan ibarət dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər ki, dəstənin üzvləri Cəlilabad rayon sakini Zəhrə Məmmədova, Fərqanə Ağayeva və Biləsuvar rayon sakini Gülnarə Əliyeva "Laçın" ticarət mərkəzindəki mağazalardan geyim əşyaları oğurlayıblar. Dəstə üzvlərinin, həmçinin Nizami rayonunun Naxçıvanski küçəsində yerləşən ticarət mərkəzlərindən də oğurluq etdikləri müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177 (oğurluq) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti