...

Səfir: "Xanlar şəhəri ilə Almaniyanın Baden Burdenberq şəhəri qardaşlaşacaq"

Siyasət Materials 22 Avqust 2007 19:06 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Xanlar şəhərinin Almaniyanın Baden Burdenberq şəhəri ilə qardaşlaşması nəzərdə tutulur. Bu barədə məlumatı Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Per Stankina çərşənbə günü Xanlarada səfərdə olarkən məlumat verib.

Paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonunun salınmasında II-ci Dünya Müharibəsi zamanı (1941-45) əsir düşmüş almanların böyük xidməti olub. Xanlarda, həmçinin almanların dəfn olunduğu ayrı qəbristanlıq da var.

Səfirin sözlərinə görə, Xanlara vaxtıikən köçmüş insanlar Almaniyanın cənubundakı yerləşən Baden Burdenberq şəhərinin sakinləri olublar. Almaniyalı diplomat bildirib ki, sentyabrda Almaniyaya gedəcək və orada həmin şəhərin rəhbərliyi ilə danışıqlar aparacaq.

Bundan sonra Xanlar şəhəri ilə Almaniyanın Baden Burdenberq şəhərinin qardaşlaşma məsələsi həllini tapacaq.

Xəbər lenti

Xəbər lenti