...

Müsavat funksioneri: Pariyalararası məşvərətin vahid bir quruma çevrilmə ehtimalını görmürəm

Siyasət Materials 23 Avqust 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət partiyaları rəhbərlərinin mütəmadi toplantıları hər hansı qurumun, blokun, yaranması demək deyil. Bu barədə cümə axşamı Trend ə Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı açıqlama verib.

Müsavat, ADP, AMİP, ASDP, Tərəqqi partiyalarının, Azərbaycan Naminə İctimai Forumun rəhbərləri bir neçə aydır mütəmadi toplantıları keçirir, müxtəlif məsələləri müzakirə edirlər. Həmin partiyalardan bəziləri bu formatı məşvərət qurumu adlandırır.

Müsavat fuknsioneri Hacılı isə hesab edir ki, burada müxalifətin yeni birliyinin yaradılmasından söhbət getmir. Onun fikrincə, bu formatda toplantıların konkret birliyə çevrilməsinin perspektivi yoxdur: "Çünki orada müxtəlif yönümlü, fərqli istiqamətlərdə fəaliyyət göstərən qurumların rəhbərləri toplanır. Onlar sadəcə çay içib fikir mübadiləsi aparırlar. Mən bu toplantıları belə qiymətləndirirəm. Həmin formatın vahid bir quruma çevrilmə ehtimalını isə görmürəm" - deyə Hacılı bildirib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub. Partiya Azərbaycan parlamentində deputat qrupu ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti