...

Bakı şəhər prokuroru: "Uçan bina ilə bağlı saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçiləcək"

Siyasət Materials 30 Avqust 2007 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/

Bakının Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində yerləşən yeni tikilən binanın uçması ilə əlaqədar saxlanılan dörd nəfər haqqında həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq qrupu bu gün məhkəməyə təqdimat verəcək. Bu barədə cümə axşamı hadisə yerində Bakı şəhər prokuroru, hadisə ilə əlaqədar yaradılmış istintaq qrupunun rəhbəri Əziz Seyidov məlumat verib. Onun sözlərinə görə, Yasamal rayon prokurorluğunda və Fövqəladə Hallar Nazirliyində (FHN) qaynar xətt yaradılıb, eyni zamanda, hadisə yerində operativ qərargah fəaliyyət göstərir. Prokuror bildirib ki, onlara dağıntılar altında qalan 5 nəfərin qohumları müraciət ediblər.

Çərşənbə axşamı Bakının Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində yerləşən yeni tikilən binanın uçması nəticəsində cümə axşamının günorta saatlarına qədər 12 nəfər ölüb, 6-sı isə yaralanıb. Tikinti işlərini "Mütəfəkkir" şirkəti aparıb.

Xəbər lenti

Xəbər lenti