...

"Azadlıq" bloku prezident seçkisində iştirak edən digər müxalifətçiləri dəstəkləməyəcək

Siyasət Materials 4 Sentyabr 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Azadlıq" bloku qarşıdan gələn prezident seçkilərini boykot edəcəyi təqdirdə, seçkiyə qatılan müxalifətin digər qisminə dəstək verməyəcək. Bu barədə "Azadlıq" blokunun həmsədri Əli Əliyev açıqlama verib.

Blok ölkədə siyasi vəziyyət, seçki komissiyalarının tərkibi dəyişməyəcəyi təqdirdə gələn il keçiriləcək prezident seçkilərini boykot etməyə qərar verib.

"Azadlıq" bloku istisna olmaqla, qalan bütün müxalifət partiyaları seçkidə iştirakın tərəfdarıdır.

Əliyev bildirib ki, "Azadlıq" bloku seçkidə iştirak etməsə, ölkə əhalisini seçkini boykot etməyə çağıracaq. Bu zaman seçkidə iştirak edən digər müxalifət təmsilçilərinə də müxalif olacaq.

"Çünki biz seçkidə iştirakı yanlış qərar hesab etdiyimizdən, seçiciləri bizim boykot qərarımızı dəstəkləməyə, yəni, heç bir namizədə, o cümlədən müxalifətçilərə də səs verməməyə çağıracağıq. Onsuz da "Azadlıq" bloku xaricində hakimiyyətə qarşı rəqib ola biləcək real müxalifət qüvvəsi çox azdır, cəmi 1-2 partiyadır"-deyə blokun həmsədri bildirib.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti