...

Litva Azərbaycana Avroatlantikaya inteqrasiya etməkdə köməklik göstərməyə hazırdır

Siyasət Materials 7 Sentyabr 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı /"Trend ", müxbir S.Ağayeva/ "Bu gün biz qonşularımızla islahatların həyata keçirilməsi zamanı əldə edilmiş təcrübə ilə bölüşməyə hazırıq və Avropa Qonşuluq Siyasəti çərçivəsində bizim ölkələrin siyasi və iqtisadi planda daha da yaxınlaşması üçün öz köməyimizi təklif edirik" - deyə Litva prezidenti Valdas Adamkus Azərbaycan səfiri Nairə Şahtaxtinskayanın etimadnaməsini qəbul edərkən bildirib, dövlət başçısının İnternet səhifəsində belə deyilir.

Prezidentin sözlərinə görə, Litvanın Avropa İttifaqı və NATO-ya üzv qəbul olunmasından sonra ölkənin və onun əhalisinin həyat tərzini dəyişmədən Avroatlantikaya inteqrasiya etməsi üçün çalışan Şərqi Avropa və Cənubi Qafqaz dövlətlərinə köməklik göstərməsinə yeni stimul yaranıb. Litva prezidenti qeyd edib ki, coğrafi cəhətdən uzaqda yerləşən ölkələr taleyin oxşar sınaqları ilə və insanlar arsında ünsiyyət sayəsində yaxınlaşıblar. "Bu gün bizi təkcə qədim tarixi və mədəni əlaqələr, xalqların bir-birinə xoş münasibəti deyil, həmçinin ümumi dəyərlər və dünyaya baxış, regional proseslərə münasibət və regional əməkdaşlığın mühümlüyü birləşdirir" - deyə o bildirib.

"Biz çalışmalıyıq ki, aktiv siyasi əməkdaşlıq iqtisadi əlaqələrin inkişafı ilə müşahidə olunsun, hər iki ölkənin inkişaf edən iqtisadiyyatının yaratdığı imkanlar istifadə olunsun" - deyə etimadnamənin təqdim olunma mərasimində prezident Adamkus bildirib.

Xəbər lenti

Xəbər lenti