...

Həmməruzəçi: AŞPA-nın payız sessiyasında Azərbaycanda söz azadlığı ilə bağlı xüsusi hesabat təqdim olunacaq

Cəmiyyət Materials 13 Sentyabr 2007 06:18 (UTC +04:00)
Həmməruzəçi: AŞPA-nın payız sessiyasında Azərbaycanda söz azadlığı ilə bağlı xüsusi hesabat təqdim olunacaq

Azərbaycan, Bakı Trend müxbir K. Ramazanova Çərşənbə günü Praisdə Avropa Şurası pralament assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında təşkilatın həmməruzəçiləri Andreas Herkel və Toni Lloydun Azərbaycana aid məruzələri dinlənilib.

Herkelin telefonla verdiyi məlumata görə, müzakirələrin əsas mövzusu söz azadlığı və jurnalistlərin təqib olunması olub.

Onun sözlərinə görə, AŞPA-nın payız sessiyasında Avropa Şurası ölkələrində, həmçinin Azərbaycanda, söz azadlığı ilə bağlı xüsusi hesabat təqdim olunacaq. Hesabat KİV-də böhtanla bağlı hüqüqi bazaya həsr olunacaq.

Herkelin sözlərinə görə, onlar azərbaycanlı jurnalistlər Eynulla Fətullayev ("Realnı Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru) və Sakit Zahidovun (müxalifyönlü "Azadlıq" qəzetinin əməkdaşı) həbs məsələsinin və onların əfv olunmasının mümkünlüyü məsələlərini qaldırıblar.

Həmməruzəçilər hesab edirlər ki, "Azadlıq" qəzetinin əməkdaşı Zahidovun səhhəti ilə əlaqədar beynəlxalq tibbi ekspertizaya ehtiyacı var. 21 iyulda ürək ağrısı ilə Penitensiar Xidmətin müalicə şöbəsinə yerləşdirilən Zahidov indiyə kimi oradadır.

Müzakirə olunan ikinci məsələ siyasi məhbuslarla bağlı idi. Həmməruzəçi bildirdi ki, onların sağlamlığı haqda məsələ qaldırılıb. Herkel təəssüf etdi ki, "onların saxlanma şəraitində heç bir dəyişiklik yoxdur".

Üçünçü məsələ seçkilərə aid idi. Seçki Məcəlləsində 2008-ci il prezident seçkilərinə qədər dəyişikliklərin olunmasının vacibliyi qeyd olunmub. Seçki öncəsi monitorinq komitəsi səviyyəsində xüsusi bəyannamənin qəbul olunmasının mümkünlüyü qeyd olundu.

Herkelin sözlərinə görə, monitorinq komitəsi həmməruzəçilərin qeydlərilə razılaşdı.

Monitorinq komitəsinin dndurulmuş münaqişələrə həsr olunacaq növbəti iclası 5-7 noyabrda Berlində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti