...

YUĞ teatrı Mədəniyyət yarmarkasında iştirak edəcək

Cəmiyyət Materials 13 Sentyabr 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr/ "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Oktyabrın 13-də Tbilisidə Mədəniyyət yarmarkası keçiriləcək. Həmin yarmarkada YUĞ teatrının kollektivi də iştirak edəcək. Bu haqda "TrendLife"a teatrın direktoru Tərlan Rəsulzadə xəbər verib. Bu yarmarkada adətən dünyanın müxtəlif ölkələrindən olan prodüserlər, rejissorlar, menecerler iştirak edirlər. YUĞ teatrı həmin yarmarkada rejissor Mikayıl Mikayılovun "Viy" tamaşasını təqdim edəcək. Teatr keçən il də həmin yarmarkada iki başqa tamaşa ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti