Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın milli tezliyində daha bir yeni telekanalın açılması planlaşdırılır. Bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) yaxın vaxtlarda daha bir tezlik üzrə müsabiqə elan edəcək. Bu barədə bazar ertəsi Trend ə etibarlı mənbə məlumat verib.
Məlumata görə, yeni telekanalın açılması üçün müsabiqə Rusiyanın ORT və Türkiyənin "Kanal D" kanalının yayımlandığı tezliklərin birində elan olunacaq.
Azərbaycanda ümumölkə yayımı üzrə 7, regional üzrə isə 14 telekanal fəaliyyət göstərir. MTRŞ sentyabrın 14-də Türkiyənin Samanyolu (STV) telekanalının tezliyi üzrə elan etdiyi müsabiqədə "Xəzər" TV-ni qalib seçib. Yeni telekanal oktyabrın birinci ongünlüyündə yayımlanacaq.
MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli Trend ə açıqlamasında yeni telekanalın açılması xəbərini təsdiqləyib. Onun sözlərinə görə, "Xəzər TV" yayımlandıqdan və özünü sübut etdikdən sonra MTRŞ yeni telekanalın açılmasına baxacaq.