...

Müğənni Yeganə məhkəmə qarşısında dayanacaq

Cəmiyyət Materials 17 Sentyabr 2007 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr/ "TrendLife", müxbir Fəridə Məhərrəmqızı

Sentyabrın 20-də Sumqayıt şəhər Məhkəməsində müğənni Yeganə barəsində qaldırılan iddiaya baxılacaq. Müğənniyə qarşı iddianı Respublika Aşıqlar Birliyi qaldırıb. Buna səbəb Yeganənin bir neçə ay öncə klip çəkdirdiyi "Boylana-boylana" adlı aşıq mahnısında aşıqları məsxərəyə qoyması olub. Məhkəmə ilə bağlı məlumatı "TrendLife"-a Aşıqlar Birliyinin sədri Zümrüd Əsgərqızı verib.

Xatırladaq ki, həmin klipdə mahnını Yeganə, aşıq rolunu isə, şoumen Kamran Həsənli ifa edib. Klipin rejissoru Kamran Həsənlinin bacısı Gülərdir. Klip telekanallarda yayımlanandan sonra ictimaiyyətin, xüsusilə də aşıqların ciddi etirazı ilə qarşılandı. Lakin Yegənə və Kamran aşıqları məsxərəyə qoyduqlarına görə onlardan üzr istəmək əvəzinə, şou-proqramlara çıxıb özlərinə haqq qazandırdılar. Bununla belə, aşıqların haqlı iradı Müəllif Hüquqları Agentliyini məsələyə qarışmağa məcbur etdi. Yalnız ondan sonra həmin klipin telekanallarda yaımlanması dayandırıldı.

İndi isə Aşıqlar Birliyi Yeganədən üzr istəməyi və məhkəmədən klipdəki aşıq rolu və mahnıda yol verilən təhriflər məsələsinə baxmağı tələb edir.

Xəbər lenti

Xəbər lenti