...

Futbol üzrə Portuqaliya yığmasının mərkəz müdafiəçisi Bakıya gəlməyəcək

Cəmiyyət Materials 25 Sentyabr 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Futbol üzrə Portuqaliya yığma komandasının mərkəz müdafiəçisi Jorje Andrade Avro-2008-in seçmə mərhələsində oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycana qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Trend in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Yuventus"un futbolçusu "Roma"ya qarşı keçirilən son matçda sol diz qapağından aldığı zədə ucbatından oyunu buraxacaq. Turinlilərin müdafiəçisi 53-cü dəqiqədə oyundan alınıb və yalnız bugünkü həkim müayinəsindən sonra zədə barədə ətraflı məlumat verilib. Bu həftə 29 yaşlı futbolçu əməliyyat olunacaq. Bundan sonra həkimlər oyunçunun bərpa olunma müddətini müəyyən edəcəklər. Lakin Andrade istənilən halda noyabrın 21-də Portuqaliya yığmasının Finlandiyaya qarşı keçirəcəyi ev oyununu buraxmalı olacaq.

Xəbər lenti

Xəbər lenti