...

Məhkəmə iqtisadi inkişaf nazirinin jurnalistlərə qarşı iddiasına baxıb

Cəmiyyət Materials 27 Sentyabr 2007 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Ötən həftə iqtisadi inkişaf naziri Heydər Babayev "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidi məhkəməyə verib. Nazir jurnalistin xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Buna Zahidin "Azadlıq" qəzetində gedən məqaləsi səbəb olub. Məqalədə bu yaxınlarda Türkiyədə özünə toy edən ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayzanın toy xərcini Babayevin ödədiyi iddia olunub.

İqtisadi inkişaf naziri Babayevin Zahidə və qəzetin əməkdaşı Adil Xəlilə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə bu gün Yasamal rayon məhkəməsində hazırlıq iclası keçirilib. Məhkəmədə Zahidi vəkil Elçin Sadıxlı, Babayevi isə Anar Əliyev təmsil edib.

Zahidin vəkili iclasda vəsatət verərək prosesdə çəkiliş aparılmasına icazə verilməsini xahiş edib, lakin hakim Svetlana Əhmədova çəkilişə icazə verməyib. İddia üzrə məhkəmə baxışı oktyabrın 5-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti