...

Zaur Rzayev Güney Azərbaycanda konsert verəcək

Cəmiyyət Materials 28 Sentyabr 2007 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr/müx . Fəridə Məhərrəmqızı

Özənəməxsus ifa tərzi ilə sevilən xalq artisti Zaur Rzayev yaxın günlərdə Güney Azərbaycana qastrola gedəcək. Səfərlə bağlı TrendLife-a açıqlama verən müğənninin sözlərinə görə, o, Təbriz şəhərində bir neçə gün dalbadal konsert verməyi planlaşdırır. Z.Rzayev konsertin bir neçə gün təşkil edilməsinin səbəbini Təbrizdə sırf azərbaycanlıların yaşaması ilə ələqaləndirib. Onun sözlərinə görə, orada yaşayan soydaşlarımızın bu səfərə marağı böyükdür. Xalq artisti Təbrizdəki konsertlərində muğam, klassik və xalq mahnıları ifa etməyi nəzərdə tutur.

Təbriz şəhərində 10 gün qalacağını deyən müğənni, İranın İranın başqa şəhərlərində də çıxış etmək niyyətini gizlətmir: "Ola bilsin ki, paytaxt Tehranda da konsert verdim".

Xəbər lenti

Xəbər lenti