...

Dəvəçidə iki azyaşlı qızın qətli ilə bağlı daha bir nəfər həbs olunub (video)

Cəmiyyət Materials 1 Oktyabr 2007 12:41 (UTC +04:00)
Dəvəçidə iki azyaşlı qızın qətli ilə bağlı daha bir nəfər həbs olunub (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Dəvəçinin Dağ Bilici kəndində iki azyaşlı qızın qətli ilə bağlı daha bir nəfər həbs olunub. Bu barədə məlumat verən baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib ki, Nailə və Reyhanə Məcidova bacılarının qətlində təqsirləndirilərək həbs edilmiş Təvəkkül və Elnur İsmayılov qardaşlarının oğurluq cinayətləri də aşkarlanıb. Həbs edilmiş üçüncü şəxs də Təvəkkül İsmayılova oğurluqda yardım etməkdə təqsirləndirilir.

!4 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacıları itkin düşüblər. Aparılan araşdırmalar zamanı onların İsmayılov qardaşları tərəfindən öldürüldüyü bəlli olub. Təqsirləndirilən şəxslər bacıları öldürdüklərini və Samur kanalına atdıqlarını etiraf ediblər. Böyük bacının meyidi kanaldan tapılsa da, kiçik bacının meyidini tapmaq indiyədək mümkün olmayıb.

Qətlə yetirilən bacıların valideynlərinin tapılan meyidin onların qızı Nailə Məcidova olmadığı, bu səbəbdən də meyidin eskumasiyası ilə bağlı tələbinə gəlincə, Usubov bildirib ki, tapılan meyid mərhumun valideynləri tərəfindən tanınıb və onun Nailə Məcidova olduğu təsdiqlənib.

Digər bacının isə axtarışı davam edir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə açılmış cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən araşdırılır.

Xəbər lenti

Xəbər lenti