...

Alim Qasımov Kanadada çıxış edəcək

Cəmiyyət Materials 3 Oktyabr 2007 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /müx. TrendLife Günel Əhmədova/

Alim Qasımov oktyabrın 12-də Kanadanın Toronto şəhərində konsert proqramı ilə çıxış edəcək. Xanəndənin TrendLife-a verdiyi məlumatda bildirilir ki, konsertdə onunla birgə 6 ölkədən olan 18 musiqiçinin çıxışı nəzərdə tutulub. Torontonun məşhur Roy Thomson Holl sarayında nəzərdə tutulan konsert Dünya Musiqi İnstitutu və "Ağaxan" Mədəniyyət və Turizm Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək. Musiqili gecədə Orta Asiyanın "Bədəxşan" ansamblı da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti