...

Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə Soçidə Beynəlxalq Gənclər Festivalı keçirilir

Cəmiyyət Materials 3 Oktyabr 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkilatçılığı ilə Soçi şəhərində "İnkişaf" II Beynəlxalq Gənclər Festivalı keçirilir. Bu barədə çərşənbə günü Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Çərşənbə günü festivalın açılışı olub. Festivalın prezidenti ÜAK-ın vitse-prezidenti, kinodramaturq Rüstəm İbrahimbəyovdur.

"Təhsilli gənc güclü dövlət deməkdir" devizi altında təşkil olunan festival çərçivəsində bir neçə tədbir - gənclər arasında müxtəlif mövzularda diskussiyalar, uğurlu bisnesə dair master-klass, yaradıcılıq müzakirələri, idman yarışları keçiriləcək. Eyni zamanda "Dövlət gənclər siyasətinin strategiyası: şərtlər və onların reallaşdırılması mexanizmi", "MDB ölkələrindəki tələbələrin təhsilinə innovasiya yanaşmaları" və s. mövzularda diskussiyalar nəzərdə tutulub.

Bu gün tədbirin sonunda "Azərbaycan gecəsi"nin keçirilməsi də planlaşdırılır. Festival oktyabrın 5-də başa çatacaq. Sonda qətnamə və dövlət başçılarına müraciət qəbul olunacaq, qaliblərə diplom və mükafatlar veriləcək, festivalın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.

Tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak edir.

Xəbər lenti

Xəbər lenti