...

Müğənni Nüşabə Ələsgərlinin cərrahiyə əməliyyatına ehtiyacı yoxdur

Cəmiyyət Materials 5 Oktyabr 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Heç bir titulu, fəxri adı olmayan müğənni Nüşabə Ələsgərlinin mətbuat səhifələrində dediyi fikirlər, sənət dostları arasında heç də birmənalı qarşılanmır. Deyək ki, Ələsgərlinin dilindən verilən açıqlamalarda, xanım müğənnilərimizin "slikonlaşma virusu"na yoluxması xəbəri ön plana çəkilir. Hətta müğənninin bundan rahatsız olduğu da dilə-dişə düşüb. Müğənni mətbuatda yazılmış xəbərlərin hamısını təkzib etdi: "Bilirəm, bu söhbət haradan qaynaqlanır. ANS ÇM-radiosunda rəqqasə Fatimə qonaq olanda, mən o verilişə telefon vasitəsi ilə qoşulmuşdum. Mövzu plastik əməliyyatlardan idi. Fatimə demişdi ki, insan Allah-Təalanın yaratdığı vücuduna əl vurdurtdura bilməz. Günahdır. Mən isə, tam əksini söyləyib, dedim ki, elmi də Tanrı yaradıb, insanları kamilləşdirib. Məsələn, çox vaxt elə gözəl qadınlarla rastlaşmışam ki, baxırsan, hər bir gözəlliyi yerindədir, amma burnu xeyli böyükdür. Bu, estetik baxımdan gözəl görünmür. Niyə görə üz cizgilərində xırda eybləri olan xanımlar əməliyyat etdirməsinlər? Amma əminliklə söyləyirəm ki, mən, qəzetlərdə yazıldığı kimi, hansısa xanım müğənnilərimizi tənqid etməmişəm. Ola bilər, jurnalistlər fikirlərimi yalnış başa düşüblər".

" Sizcə, hansı müğənnilərin bədəninə cərrah bıçağıı dəyib ? "-sualımıza, Ələsgərli belə münasibət bildirdi: "Nazpəri Dostəliyeva mənim haqqımda belə deyir ki, Nüşabə, sən ağ bayraqlı balıqsan. Yəni, kimsə ilə işim yoxdur. Amma bildiyim qədər, xalq artisti Məleykə Əsədova, müğənni Röya, az da olsa, Brilyant Dadaşova plastik əməliyyat keçirib. Ola bilər ki, vaxtı çatanda mən də belə bir istəkdə bulunum. Min şükür, elə bir nəzərə çarpacaq eybim yoxdur ki, cərrahın bıçağına ehtiyacım olsun. Bir də ki, türklər demiş , qadın hər haliylə gözəldir."

Xəbər lenti

Xəbər lenti