...

"Azəri Star+"un qalibi maşında gəzəcək

Cəmiyyət Materials 15 Oktyabr 2007 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

"Azəri Star production"ın "Azəri Star+" adlı yeni layihəyə start verməsi xəbəri yeni məlumat deyil. Sadəcə, xəbərin özəlliyi ondadır ki, bugündən -yəni oktyabrın 15- dən başlayaraq, Rəşid Behbudov adına Mahnı Teatrında layihənin ilk efir həyəcanı start götürəcək. Həftələrlə yerləşdirdiyimiz banerdən də məlumdur ki, TrendLife olaraq, biz bu müsabiqəyə dəstək verir və layihəyə iformasiya dəstəyi olacağıq. Bu isə o deməkdir ki, hər efir həyəcanından sonra, dərhal TrendLife-da "Azəri Star+"la bağlı isti məlumatlardan xəbərdar olacaqsız. Dediklərimizi təsdiq edən layihə rəhbəri Kemal Cenk İçten ilk efir barəsində bunları söylədi: "Təşkilat komitəsinin qərara əsasən, 2004-ci ildən bu günə kimi keçirilən "Azəri Star"ın nominantları öz aralarında yarışacaq.Yəni indiyədək "Azəri Star" müsabiqəsində iştirak etmiş gənclər arasından 17 nəfər seçilib və onlar yeni layihəyə iştirakçısı kimi deyil, gənc müğənnilər kimi cəlb olunublar. Qatılan iştirakçıların çıxışları yenə də tamaşaçılardan gələcək SMS-lərlə qiymətləndiriləcək. Bu səbəbdən də, yarışmanın münsiflər heyəti olmayacaq. Söyləyirəm ki, oktyabrın 15-dən - bu axşamdan etibarən start götürən müsabiqə həftədə iki dəfə Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək və "Space" kanalında bazar ertəsi saat 21:00-da və çərşənbə günü saat 22:00-da canlı yayımlanacaq. Efirin ümumi həcmi 2 saat 45 dəqiqə olacaq. Həftənin cümə axşamı, cümə, şənbə və bazar günləri isə, saat 18:00-dan 18:30-dək " "Azəri star+" gündəliyi" adlı yarım saatlıq proqram efirə gedəcək. Yarışmaya aparıcılığı yenə Əkbər Əlizadə və Lətafət Cəfərova edəcəklər". Cenk İçtenin sözlərinə görə, bazar ertəsi gənc müğənnilər mahnı ifa edəcəklər, çərşənbə günü isə, bir nəfər ,topladığı səsə uyğun olaraq, yarışmanı tərk edəcək. Layihə rəhbəri deyir ki, müğənnilər mahnı seçimində sərbəstdirlər və müxtəlif janrlarda canlı mahnı ifa edəcəklər. Həmçinin, əvvəlki layihədən fərqli olaraq, bu dəfə onların müəllimləri də olmayacaq. Ümumilikdə yarışma 14-15 həftə davam edəcək. Biz də öz adımızdan yalnız "Azercell" və "Sim-Sim" abunəçilərinin gənc müğənnilərə səs verə biləcəklərini anons edib, bütün iştirakçılara uğular arzulayırıq. Sonda özəlliklə onu qeyd etmək istərdik ki, qalib iştirakçı bahalı bir avtomobilin sahibi olacaq. Maşının kimə qismət olacağını isə, zaman göstərər.

Xəbər lenti

Xəbər lenti