...

MDB çərçivəsində miqrasiya sahəsində əməkdaşlıq haqqında sənəd hazırlanır

Cəmiyyət Materials 22 Oktyabr 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ MDB çərçivəsində miqrasiya sahəsində əməkdaşlıq haqqında sənəd hazırlanır. Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi Zavər Qafarov bazar ertəsi Trend ə bildirib ki, hazırlanan sənəd MDB çərçivəsində miqrasiya ilə bağlı bütün məsələkəri nizamlayacaq. Sənədin miqrasiya sahəsində mövcud problemin həllinə əhəmiyyətli kömək göstərəcəyini vurgulayan idarə rəisi bu sahədə hüquqi bazanın yaradılmasını vacib sayıb.

Sənədin hazırlanmasında MDB-yə üzv dövlətlərin problemə aidiyyatı olan qurumlarının iştirak etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti