...

Hellouin münasibəti ilə Bakıya "Blask Sabbath" rok-qrupu gələcək

Cəmiyyət Materials 23 Oktyabr 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /müx. TrendLife Rəna Şirəliyeva/

Hellouini bayramına hərs olunmuş daha bir tədbir paytaxt klublarımızın birində keçiriləcək. TrendLife-ın verdiyi məlumata görə, tədbir oktyabrın 31-də "Corner pub" klubunda keçəcək. Tədbirdən yığılan maliyyə vəsaiti xeyriyyəçilik məqsədi ilə xərclənəcək. Bu gecəni işıqlandırmaq üçün paytaxtımıza Milan, Elvis, David, Böyük Britaniyanın "Black Sabbath" rok qrupu təşrif buyuracaq. Həmin qrup 1969-cu ildə yaranıb, 1970-ci ildə yüksək səviyyəsi ilə Ginneslər kitabına düşüb. O ki qaldı Hellouinin gecəsinə, burda hər kəsə pulsuz "Qanlı Meri" içkisi, xanımlara isə evdə xüsusi hazırlanmış dondurma, başqa delikateslər təklif olunacaq.

Xəbər lenti

Xəbər lenti