...

Azərbaycanın qızıl səsi Səxavət Məmmədov heç zaman unundulmayacaq

Cəmiyyət Materials 24 Oktyabr 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Beynəlxalq Mətbuat Mərkəzində, Azərbaycanın tanınmış sənətkarı, ömrünün ən cavan çağında dünyasını dəyişmiş vaxtsız fani düyna ilə vidalaşmış Səxavət Məmmədovun "Səxavətin səs xəzinəsi" - "Səxavətli muğamlar" seriyasından olan ikinci CD toplusuna təqdimat mərasimi keçirildi. Məlumat üçün deyək ki, cəmi 38 il yaşayıb-yaradan Səxavət Məmmədovun 23 oktyabr tarixində həm də doğum günü idi. Sənətkarlardan - xalq artisti Mənsum İbrahimov, xanəndələrdən-Qədir Rüstəmov, qardaşı Feyruz Səxavət, eləcədə də tanınmış qələm sahibləri və dostları ruhunu şad edib, özündən sonra müqəddəs bir iz buraxan muğam üustadını andılar. Təqdimatı giriş sözü ilə açan şair Qulu Ağsəs, Səxavət Məmmədov barəsində ətraflı danışdı: "Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü ildə oktyottyabrın 23 də Ağdamın Abdalgülablı kəndində dünyayka göz açıb. Lap uşaqlıqdan, muğamlarımıza olan hədsiz sevgisi, onu xanəndəliyi gətirib, çıxarıb. Bilirsiz ki, məmləktimizdə muğamın kökü ta IV əsrlərə qədər gedib çıxır. Səxavətin isə bu dəryada özünəməxsus bir cığırı olub. Ölümündən 16 il keçməsinə baxmayaraq, Səxvaətin adı gələndə, bütün musiqisevərlər, əsl muğamın nə olduğunu bir daha özləri üçün yəqin edirlər. Düzdür, o, bizim aramızda olmasa da Səxavət Məmmədovun bənzərsiz səsi günü bu budə qəlblərimizdə yaşayır". Qulu Ağsəs fikirlərini tamamladıqdan sonra söz "Görkəmli Azərbaycan xanəndəsi Səxavət Məmmədovun səs xəzinəsi-2" - "Səxavətli muğamlar" toplusunun ərsəyə gəlməsində müstəsna rol oynayan Burzu Əliyevə verildi. Deyək ki, Burzu bəy, Kiyevdə yaşayan həmyerlimizdir: "Səxavətin qeyri-adi səsə malik olmasını bütün dünyaya sübut etmək istəyim, məni bir daha gərgin işə qol qoymağa vadar etdi. Deyim ki, ərsəy gətirdiyimiz bu toplu büsbütün Ukrayna paytaxtı Kiyevdə "CAME TAKİ" studiyasında hazırlanıb. Bir haşiyəyə də çıxıb vurğulamaq istəyirəm ki, biz ilk dəfə 2003 -cü ildə elə Kiyevdə Səxavət Məmmədovun lent yazılarından ibarət olan "Azad bir quşdum" diskipi muğamsevərlərə hədiyyə etmişdik. Sizə təqdim olunan bu topludakı lent yazıları dəfələrlə köçürülüb, montaj olunub, təmizlənib. Onların çoxu studiya yazısı deyil. Bunu lütfən nəzərə alın. Onu da nəzərə alın ki, qarşıda - yəni növbəti il ərzində sənətkarın 55 illik yubileyi ərəfəsində sizləri "Səxavətli xalq mahnıları və təsniflər", "Səxavətli segahlar", "Səxavətli göörüntülər" və "Səxavətli yazılar" topluları hədiyyə kimi gözləyir. Həm "Səxavətli muğamlar", həm də təqdim olunacaq bütün toplular dəyərli olduğundan pulsuz yayılacaq və muğamsevərlərə hədiyyə veriləcək".

Diqqət çəkən məqamlardan biri isə sağlığında Səxavət Məmmədovu müşaiyət etmiş tar ifaçısı Möhlət Müslümovla, kamança ustası Fəxrəddin Dadaşovunun tanıtıma qatılmaması oldu.

Sənətkarın oğlu - bir vaxtlar AzTV-də öz nurlu siması ilə uşaq verilişləri aparan Bəxtiyar Səxavət TrendLife-a bu barədə danışmasa da minnətdarlığını bu sözlərlə dilə gətirdi: "Sonsuz təşəkkürlərimi Burzu müəllimin simasında, bütün əziyyəti olan insanlara ünvanlayıram. Məlumat verə bilərəm ki, bu toplunun hər birində atamın səslərindən hazırlanmış 4 albom yer alıb. Albomların hər birilərinin içində isə iki disk var. Əminəm ki, zövqlü musiqini sevən dinləyicilər, bu disklərə qulaq asdıqdan sonra, atamın sənətinə daha yaxından bələd olacaqlar"

Azərbaycanın qızıl səsi Səxavət Məmmədov heç zaman unundulmayacaq.

Xəbər lenti

Xəbər lenti