Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı və Gəncə şəhərlərində bir gündə iki intihar hadisəsi baş verib. Oktyabrın 26-da Gəncə şəhəri M.Bağı küçəsi ev 94/1 ünvanda yaşayan Nurəddin Əkbərov yaşadığı binanın 2-ci mərtəbəsindən yıxılaraq ölüb. Eyni gündə Bakının Yasamal rayonundakı M.Seyidov küçəsi ev 20-də yaşayan Cavanşir Fətəliyev yaşadığı evin 8-ci mərtəbəsindən özünü atıb və ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, ilkin ehtinala görə hər iki hadisə ehtiyatsızlıqdan baş verib. Faktla bağlı araşdırma aparılır.