...

Hidayət Orucov: "Azərbaycanda vəhabilər müəyyən xarici qüvvələrin ölkədəki "təmsilçiləri" tərəfindən idarə olunurlar"

Cəmiyyət Materials 29 Oktyabr 2007 20:47 (UTC +04:00)
Hidayət Orucov: "Azərbaycanda vəhabilər müəyyən xarici qüvvələrin ölkədəki "təmsilçiləri" tərəfindən idarə olunurlar"

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Azərbaycanda vəhabilər müəyyən xarici qüvvələrin ölkədəki "təmsilçiləri" tərəfindən isitqamətləndirilir, idarə olunurlar--Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bazar ertəsi jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu gün vəhabilər Azərbaycan üçün təhlükə yaradır və onlar cinayətkardırlar. Orucov qeyd edib ki, vəhabilər ,əsasən, iradəcə nisbətən zəif və savadsız insanlara təsir edir, Azərbaycanın və Beynəlxalq hüququn normalarını pozurlar.Komitə sədri daha sonra deyib ki, onlarla mübarizə aparılacaq. " Əgər belə qruplar öz əməllərini davam etdirsələr, onlara qarşı əməliyyat tədbirləri görüləcək"-DQİüzrə DK -nın rəhğəri bəyan edib.

Xəbər lenti

Xəbər lenti