...

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv edib

Cəmiyyət Materials 30 Oktyabr 2007 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin daha bir qərarını ləğv edib.

KM-nin Plenumunun iclasında R.Ağalarovun şikayəti əsasında Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 31 mart tarixli qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Qərarda deyilir ki, R.Ağalarovun E.Ağalarovaya (Zeynalovaya) qarşı konpensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 31 mart tarixli qərarı Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Mülki-Prosessual Məcəllənin 416-cı, 417.0.3-cü və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Xəbər lenti

Xəbər lenti