...

Azərbaycanın müxalifət partiyasının sədri "Xural" qəzetinin baş redaktoru ilə barışdı

Cəmiyyət Materials 30 Oktyabr 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın müxalifət partiyasının sədri "Xural" qəzetinin baş redaktoru ilə barışdı.

Trend in məlumatına görə, çərşənbə axşamı Nərimanov rayon məhkəməsində keçirilən prosesdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin nümayəndəsi "Xural" qəzetinə və baş redaktor Əvəz Zeynallıya qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətini və mülki iddiasını geri götürüb.

Həsənquliyev Zeynallının, təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb olunmasını, "Xural" qəzetində onun barəsində təhqiramiz yazıların dərc olunduğunu əsas gətirərək, qəzetin təkzib verməsini, üzr istəməsini tələb edirdi.

Zeynallı isə bildirmişdi ki, ki, əvvəlcə Həsənquliyevin nəzarəti altında olan "Xalq cəbhəsi" qəzeti ona qarşı təhqiramis yazılar yazıb. Bundan sonra "Xural" Həsənquliyevin ünvanına cavab yazıları ilə çıxış edib.

Həsənquliyev "Xural"a qarşı mülki iddiasında 250 min manat mənəvi təzminat və qəzetin təkzib verməsini istəyir.

BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Partiya sədri Qüdrət Həsənquliyev Milli Məclisin deputatıdır.

"Xural" qəzeti özünü heç bir siyasi qüvvəni təmsil etməyən müstəqil nəşr hesab edir.

Xəbər lenti

Xəbər lenti