...

Futbol üzrə qadınlardan ibarət Azərbaycan komandası Türkiyədə keçiriləcək turnirdə iştirak edəcək

Cəmiyyət Materials 31 Oktyabr 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Futbol üzrə qadınlardan ibarət Azərbaycan komandası noyabrın 4-dən 10 -dək Türkiyədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

AFFA-dan Trend ə verilən məlumata görə, yarışda Qazaxıstan, Bolqarıstan, və ev sahiblərinin komandaları iştirak edəcək. Yeri gəlmişkən, sonuncu komanda yarışın favoritlərindən hesab olunur.

Yarış Avropa çempionatının qrup mərhələsini adlaya bilməyən Azərbaycan komandası üçün, beynəlxal təcrübə toplamaq baxımdan, əhəmiyyətli ola bilər.

Yığmanın tərkibinə 18 futbolçu daxil edilib. Onların sırasında Lyubov Tirina, Svetlana Miryukina, Nərgiz Hacıyeva, Sədaqət Vəliyeva, Nərminə Məmmədova və digərləri daxildir.

Xəbər lenti

Xəbər lenti