...

Azərbaycan müğənnisi Xəyyam: "Allaha çox minnətdaram ki, bacımın toyunu salamat keçirdik "

Cəmiyyət Materials 1 Noyabr 2007 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

Dünən paytaxt restoranların birində müğənni Xəyyam bacısına möhtəşəm bir toy çaldırdı. Toyda sənətçinin yaxınlarından çox, milli şou-dünyasının tanınmış ulduzları qonaq qismində cəm olmuşdu. Onların kimiliyi və toyda necə əyləndikləri bütünlüklə photo.trend.az-da sizlərə təqdim olunub. TrendLife-la bu xoş gününü bölüşən Xəyyam, toy mərasimindən razı olub-olmadığını bu sözlərlə izah etdi: "Təbii ki, dostlarımdan çox razıyam. Onlar olmasaydı, mən heç bu cür yaddaqalan məclisi ərsəyə gətirə bilməzdim. Allah bacımın yeni qurulmuş ailəsinin timsalında, bütün gənc ailələrə xoşbəxtlik nəsib etsin.Özüm də Allaha minnətdaram ki, bacımın toyunu salamat keçirdik".

Xəbər lenti

Xəbər lenti